- 17:15
Rusiya lideri Vladimir Putin Kremldə Seyşel Adaları Respublikasının Prezidenti Patrik Hermini ilə danışıqlara başlayıb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu, Rusiya ilə Seyşel adaları arasında ikitərəfli münasibətlər tarixində ilk yüksək səviyyəli görüşdür.
Bu, Hermininin Rusiyaya ikinci səfəridir. Onun ilk səfəri 2014-cü ildə baş tutub.
Gündəliyə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı cari məsələlərin, beynəlxalq və regional məsələlərin müzakirəsi daxildir.
Humay Eminqızı