- 12:05
ABŞ və İsrail atəşkəs razılaşmasını pozduğuna görə Hörmüz boğazının nəqliyyat üçün açılması mümkün deyil.
E-huquq.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf söyləyib.
O, bildirib ki, ABŞ dəniz qüvvələrinin İrana tətbiq etdiyi dəniz blokadası qlobal iqtisadiyyatı girov saxlamaq deməkdir.
İran prezidenti Məsud Pezeşkian bəyan edib ki, ölkəsi danışıqlara açıqdır, lakin öhdəliklərin pozulması, blokadalar və təhdidlər həqiqi diplomatiyaya əsas maneədir.
Pakistanda baş tutması gözlənilən yeni sülh danışıqlarının hələ başlamayıb.
Qeyd edək ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki yük gəmisini ələ keçirdikdən sonra bölgədə gərginlik artıb.
Şəbnəm Mehdizadə