- 13:17
Türkiyədə azyaşlıların sosoial şəbəkələrə girişi qadağan edilir.
E-huquq.az-ın məlumatına görə, sosial media və internet nəşrləri ilə bağlı tənzimləmələri əhatə edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub və qüvvəyə minib.
Yeni qanunda internetdəki məzmunun tənzimlənməsi və cinayətlərə qarşı mübarizə qaydaları da müəyyən edilib.
Yeni qaydalara görə, sosial şəbəkələr 15 yaşdan kiçik uşaqlara xidmət göstərməyəcək və yaş yoxlaması ilə bağlı tədbirlər görüləcək. 15 yaşdan yuxarı uşaqlar üçün isə xüsusi xidmətlər təqdim ediləcək.
Valideynlər hesab parametrlərinə nəzarət edə, ödənişli əməliyyatları təsdiq edə və istifadə vaxtını məhdudlaşdıra biləcəklər. Həmçinin, aldadıcı reklamların qarşısını almaq üçün tədbirlər görüləcək.
Qanun, həmçinin oyun platformalarına dair qaydalar da müəyyən edir. Oyunlar düzgün qiymətləndirilmədikdə təklif edilə bilməz, amma ən yüksək yaş meyarlarına uyğun reytinqsiz oyunlar təklif oluna bilər. Oyun platformaları düzgün qiymətləndirilməmiş məzmunu silməyə məcbur olacaq.
Şəbnəm Mehdizadə