- 13:17
Britaniya şahzadəsi Harri elan olunmamış səfərlə Kiyevə gəlib.
E-huquq.az xəbər verir ki, bu barədə Kiyev Təhlükəsizlik Forumunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, şahzadə Harri Ukraynaya Kiyev Təhlükəsizlik Forumunun dəvəti ilə gəlib.
Onun tədbir iştirakçıları qarşısında çıxışı planlaşdırılır.
Xatırladaq ki, şəhzadənin Ukraynaya sonuncu səfəri 2025-ci ilin sentyabrında olub.
Humay Eminqızı