Slovakiya “Drujba” neft kəməri ilə neft tədarükünün bərpa olunduğunu təsdiqlədi


  • 12:03

Aprelin 23-nə keçən gecə, təxminən üç aylıq fasilədən sonra Rusiyadan “Drujba” neft kəməri vasitəsilə Slovakiyaya neft tədarükü yenidən başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Denisa Sakova “Facebook” hesabında məlumat yayıb.

Qeyd edək ki, tranzit yanvarın 27-də dayandırılmışdı. Kiyev bunu atəş nəticəsində boru kəmərinin zədələnməsi ilə izah etmişdi. Nəticədə həm Slovakiya, həm də Macarıstan Rusiya neftinə çıxışdan məhrum olmuşdu. Macarıstanın baş naziri Viktor Orban isə Ukraynaya dəstək məqsədilə irəli sürülən bir sıra Avropa təşəbbüslərinin qəbulunu bloklamışdı.

Orbanın partiyasının parlament seçkilərində ağır məğlubiyyətindən qısa müddət sonra Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda nəqlin bərpa olunacağını elan edib.

Kiyev 22 aprel günorta saatlarında “Drujba” kəməri ilə Rusiya neftinin tranzitinin başladığını bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər