Barro: “Aİ mayın ortalarından Ukraynaya 90 milyard avroluq tranşları ödəməyə hazırdır”


  • 12:05

Avropa İttifaqı (Aİ) mayın ortalarında Ukraynaya 90 milyard avroluq ilk tranşların ödənilməsinə başlamağa hazırdır.

E-huquq.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Info” radiosunda məlumat verib.

“Biz artıq mayın ortalarından ilk tranşları ayırmağa hazırıq. Bu, son razılaşma əldə olunduqdan dərhal sonra baş verəcək. Gözlənilir ki, bu razılaşma yaxın saatlar və ya günlər ərzində Macarıstanın vetosunun qaldırılması sayəsində əldə olunacaq”, - Barro bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər