- 13:59
İtaliyanın Florensiya şəhərində 16-cı əsrə aid Neptun Fəvvarəsi zədələnib.
E-huquq.az 28 yaşlı turist qadın nəhəng mərmər heykəlinə dırmaşaraq zədələyib.
Heykəltəraş Bartolomeo Ammannati tərəfindən 1559-cu ildə yaradılmış Piazza della Signoria abidəsinə dırmaşan turist polis tərəfindən yaxalanıb. Florensiya Şəhər Şurasından verilən açıqlamada qadın dostları ilə mərc oynadığı üçün abidəyə dırmaşdığını etiraf edib.
Bələdiyyə ekspertlərinin yoxlaması zamanı turistin dırmaşarkən ayağını basdığı at fiqurlarının ayaqlarına və sürüşməmək üçün tutduğu frizlərə kiçik, lakin əhəmiyyətli ziyan dəydiyi məlum olub.
Rəsmilər dəyən zərərin təxminən 5000 avro həcmində olduğunu bildirib.
Memarlıq abidəsinə ziyan vurmaqda ittiham olunan turist həbs edilib.
Florensiya Şəhər Şurasının Təsviri İncəsənət Ofisinin direktoru Giorgio Caselli bildirib ki, ziyarətçilərin abidələrə dırmaşması və videolar çəkməsi son zamanlar trendə çevrilib.
Hər il təxminən 16 milyon turisti qəbul edən Florensiya daha əvvəl də oxşar hadisələrlə üzləşib:
Şəhər rəhbərliyi tarixi irsə hörmətsizliyi göstərən bu cür hadisələrə qarşı cəzaların artırılacağını açıqlayıb.
Şəbnəm Mehdizadə