- 16:10
Hörmüz boğazındakı minaların tamamilə təmizlənməsi 6 ay çəkə bilər.
E-huquq.az bu barədə "Washington Post" qəzeti Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Yüksək səviyyəli Pentaqon rəsmisi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvlərinə məxfi təqdimatda Hörmüz boğazında minaların təmizlənməsi üçün təxmini vaxt cədvəlini paylaşıb.
Rəsmilər Hörmüz boğazında mina təmizləmə əməliyyatlarının altı aya qədər çəkə biləcəyini və bu fəaliyyətlərin ABŞ-İsrail/İran münaqişəsi bitməmiş başlamasının çətin olduğunu bildiriblər.
İranın Hörmüz boğazı ətrafına "20 və ya daha çox" mina yerləşdirdiyi iddia edilib.
Şəbnəm Mehdizadə