Argentinalılar Xavyer Mileyin yenidən prezident olmasını istəmir


  • 15:56

Argentinalılar Xavyer Mileyin yenidən prezident olmasını istəmir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Zuban Cordoba araşdırma şirkəti tərəfindən aparılan son sorğunun nəticələrinə görə, argentinalıların böyük əksəriyyəti Xavyer Mileyin yenidən prezident seçilməsini istəmir.

2200 nəfər arasında keçirilən ümummilli sorğuya görə, iştirakçıların 60,7%-i Mileyə səs verməyəcəklərini, 29,4%-i isə onu dəstəklədiyini bildirib.

Sorğunun nəticəsi hökumətin gələcəyinə şübhələrin artdığını və cəmiyyətin yeni siyasi alternativ axtardığını göstərir.

Bu rəqəmlər iqtisadi böhran, alıcılıq qabiliyyətinin aşağı düşməsi və hökuməti sarsıdan korrupsiya iddiaları fonunda ortaya çıxıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər