Kolumbiya Beynəlxalq Valyuta Fonduna bütün borclarını ödəyib


  • 16:10

Kolumbiya hökuməti Beynəlxalq Valyuta Fonduna (BVF) bütün borclarını ödəyib.

E-huquq.az xarici KİV- istinadən xəbər verir ki, Boqotada keçirilən pul siyasəti forumunda çıxış edən maliyyə naziri German Avila ölkənin BVF-yə olan bütün borcunu ödədiyini və qurumla yeni öhdəliklər götürmək fikrində olmadığını bildirib.

Nazir Kolumbiya hökumətinin BVF-yə olan təxminən 5,3 milyard dollarlıq borcunu çevik kredit xətti ilə ödədiyini deyib.

Kolumbiya BVF-nin bu çevik kredit imkanından 2009-cu ildən istifadə edir.

Əvvəlki prezident İvan Duque (2018-2022) dövründə, Covid-19 pandemiyasının başlaması ilə hökumət artan dövlət xərclərini maliyyələşdirmək və səhiyyə böhranını idarə etmək üçün BVF-dən 5 milyard dollardan çox nağd pul götürüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər