Süni intellekt milyarderlərin sayını sürətlə artıracaq


  • 24 Aprel 10:27

2031-ci ilə qədər dünya üzrə milyarderlərin sayının təxminən 25 faiz artaraq 4000-ə yaxın olacağı gözlənilir.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Qlobal daşınmaz əmlak məsləhət firması Knight Frank tərəfindən dərc edilən hesabatda yer alır.

Bu sürətlənmədə xüsusilə süni intellekt (AI) sektorundan əldə edilən mənfəət xüsusi rola malik olacaq.

Hazırda 3110 nəfər olan dünya üzrə milyarderlərin sayının növbəti beş il ərzində 3915-ə yüksələcəyi proqnozlaşdırılır.

Araşdırma bölməsinin rəhbəri Liam Bailey milyarderlərin və milyonerlərin sərvətlərinin artmasının texnologiya sektoru və süni intellekt tərəfindən sürətləndirildiyini bildirib.

Bailey bildirib ki, texnologiya və süni intellekt sərvətin daha sürətli yaradılmasını təmin edir.

Məlumata görə, milyarderlərin sayında ən sürətli artımın Səudiyyə Ərəbistanında olacağı gözlənilir. Ölkədəki milyarderlərin sayının 2031-ci ilə qədər iki dəfədən çox artaraq 23-dən 65-ə yüksələcəyi proqnozlaşdırılır.

Eynilə, Polşada milyarderlərin sayının 13-dən 29-a, İsveçdə isə 81 faiz artaraq 32-dən 58-ə yüksələcəyi gözlənilir.

Qlobal sərvət bölgüsü baxımından ən böyük payı 37 faizlə Şimali Amerika, 31 faizlə Asiya-Sakit okean və 25 faizlə Avropa tutur. Sərvət toplanması sürətləndikcə qlobal bərabərsizlik artmaqda davam edir.

Bu temp milyarderlərin və multimilyonerlərin (sərvəti 30 milyon dollar və ya daha çox olanlar) sayını 713.000-dən çox artırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər