Fransa və Polşa Rusiyaya qarşı nüvə təlimlərinə hazırlaşır


  • 24 Aprel 10:57

Fransa və Polşa Rusiya və Belarusa qarşı adi və nüvə hücumlarının simulyasiyalarını əhatə edən birgə hərbi təlimə hazırlaşır.

E-huquq.az Polşa mətbuatına istinadən xəbər verir ki, Baltik dənizi və Polşanın şimalı üzərində tezliklə nüvə təlimi keçiriləcək.

Hesabatda Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk arasında görüşlər zamanı müzakirə edilən ssenaridə bəzi detalların yer alacaq. Belə ki, hədəfləri müəyyən etmək üçün uzaqmənzilli kəşfiyyat aparılacaq və JASSM-ER qanadlı raketləri Sankt-Peterburq yaxınlığında yüksək dəyərli hədəfləri vuracaq. Nüvə başlıqları daşıyan təyyarələr Fransadan havaya qalxaraq Budapeşt-Kalininqrad xətti boyunca Rusiya və Belarusdakı hədəflərə qarşı nüvə hücumu simulyasiyaları həyata keçirəcək.

Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, bu təlimlər Avropanın“militarizasiya və nüvələşmə istəyini nümayiş etdirir və qitədə sabitliyə töhfə verməyəcək.
Gərginliyi artıran daha bir hadisə isə Finlandiyada baş verib.

Finlandiya parlamenti ölkə ərazisinə nüvə silahının idxalına və saxlanmasına icazə verən qanun layihəsi irəli sürüb.

Rəsmi Moskva bu addımın Rusiya üçün birbaşa təhdid təşkil edəcəyi və Finlandiya ərazisindəki hərbi obyektlərin strateji prioritet hədəflərə çevriləcəyi barədə xəbərdarlıq edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər