- 11:44
Yunanıstanın Krit adası sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.
E-huquq.az-ın Afina Geodinamik İnstitutuna istinadən verdiyi məlumata görə, səhər saat 06:18-də baş verən zəlzələnin episentri Lasithi bölgəsindəki Quduura qəsəbəsindən 23 kilometr cənub-cənub-qərbdə yerləşib. Zəlzələnin dərinliyi 9,7 kilometr olub.
Yeraltı təkanlar bütün adada hiss edilib.
İlkin məlumatlara görə, itki və ciddi dağıntı qeydə alınmayıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə (EMSC) zəlzələnin maqnitudasının 5,8 olduğunu açıqlayıb.
Şəbnəm Mehdizadə