- 12:21
Yayda keçiriləcək futbol üzrə futbol üzrə dünya çempionatının final oyununun bilet qiymətləri rekord qırıb.
E-huquq.az xəbər verir ki, FİFA-nın rəsmi bilet satış platformasında çemionatın finalı üçün satışa çıxarılan dörd biletin hər qiyməti təxminən 2,3 milyon dollar olub.
İyulun 19-da Nyu-Cersi ştatındakı "MetLife" arenasında keçiriləcək final matçı üçün tələb olunan bu astronomik rəqəmlər idman tarixində bilet qiymətləri ilə bağlı əvvəlki bütün rekordları qırıb.
FİFA bilet mübadiləsi və satış platformasında qiymətləri özü təyin etməsə də, hər satış üçün həm alıcıdan, həm də satıcıdan 15% əməliyyat haqqı alır.
Bu o deməkdir ki, bilet 2,3 milyon dollara satılarsa, FİFA bir biletdən 690 min dollar qazanacaq.
Platformada final üçün digər bilet qiymətləri də diqqət çəkir. Aşağı səviyyəli qapı arxası biletləri 207.000 ABŞ dolları, üst cərgə oturacaqları isə 138.000 dollar dəyərindədir. Finala ən ucuz bilet qiyməti 10 923 dollar olub.
Keçmiş dünya çempionatı turnirlərində bilet satışına qiymət həddi tətbiq edən FİFA bu qaydanı 2026-cı il turniri üçün tətbiq etməmək qərarına gəlib.
2022-ci il Dünya Kubokunda 5% olan əməliyyat haqları da bu turnirdə hər iki tərəf üçün 15%-ə yüksəldilib.
İyulun 14-də Texasda keçiriləcək yarımfinalın biletlərinin qiyməti 11.130 dollar, iyulun 15-də keçiriləcək Atlanta yarımfinalının biletlərinin qiyməti isə 9.660 dollardır.
Şəbnəm Mehdizadə