Maduronun əməliyyatı ilə bağlı məxfi məlumatlardan istifadə edərək qumar oynayan əsgər həbs edilib


  • 11:46

ABŞ əsgəri Nikolas Maduronu ələ keçirən əməliyyatla bağlı məxfi məlumatlardan istifadə edərək qumar oynadığı üçün həbs edilib

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.

Venesuela Prezidenti Nikolas Maduronun həbsinə yönələn hərbi əməliyyatla əlaqədar məxfi məlumatlardan istifadə edərək qumar oynamaqda ittiham edilən ABŞ xüsusi təyinatlı əsgəri həbsi edilib.

Əsgər Van Dyke əməliyyatın detalları ilə bağlı məlumatları Polymarket adlanan kriptovalyuta əsaslı proqnozlaşdırma platformasında mərclər qoymaq üçün istifadə edərək qeyri-qanuni gəlir əldə edib.

Əsgər məxfi məlumatları istifadə edərək 409 min dollardan çox gəlir əldə edib.

Ədliyyə Departamentinin rəsmiləri bunun federal qanunlara əsasən cinayət təşkil etdiyini qeyd ediblər.

İttihama görə, Van Dyke 2025-ci ilin dekabrında Polymarket platformasında hesab açıb və əməliyyatın vaxtı və nəticəsi ilə bağlı 33 min dolları keçən mərclər oynayıb. Platforma rəhbərliyi məxfi dövlət məlumatlarından istifadə edən istifadəçini müəyyən etdikdə vəziyyəti dərhal Ədliyyə Departamentinə bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər