- 11:46
Türkiyənin Kayseri şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kayserinin Talas rayonunda avtomobil yağışlı havada idarəetməni itirərək tramvay relslərinin üzərinə çıxıb və dirəyə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb.
Hadisə yerinə polis və tibb qrupları göndərilib.Sürücüyə ilkin tibbi yardım göstərildikdən sonra təcili yardımla xəstəxanaya aparılıb.
Avtomobil evakuator vasitəsilə tramvay relslərindən çıxarılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə