Türkiyədə korrupsiya əməliyyatı: keçmiş bələdiyyə sədri də daxil olmaqla 49 nəfər saxlanıldı


  • 15:45

Türkiyənin Şanlıurfa vilayətində bələdiyyədə korrupsiya iddiaları ilə bağlı əməliyyat keçirilib.

E-huquq.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, Şanlıurfanın Halfeti bələdiyyəsində əvvəlki rəhbərlik dövrünə aid korrupsiya iddiaları ilə bağlı araşdırma aparılıb.

Birecik Baş Prokurorluğu 2019-2024-cü illər arasında bələdiyyədə tender saxtakarlığı iddiaları üzrə araşdırmalara başlayıb. Bu çərçivədə 28-i dövlət məmuru olmaqla 51 nəfər barəsində istintaq başlanıb. İstintaq zamanı müxtəlif idarələrdə çalışan şəxslər də daxil olmaqla ümumilikdə 49 şübhəli saxlanılıb. Saxlanılanlar arasında keçmiş bələdiyyə sədri Şeref Albayrak da var.

Onlar ifadə vermək üçün polisə aparılıblar.

Faktla bağlı araşdırmalar davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər