- 17:36
Türkiyədən tibbi yardımla yüklənmiş 6 yük maşını Van şəhərindən İrana yola salınıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Van və digər vilayətlərdəki səhiyyə ocaqlarından göndərilən dərmanlar, zərdablar, istehlak materialları, tibbi cihazlar yük maşınlarına yüklənib.
Vandan yola düşən yardım maşınları Ağrının Doğubayazıt rayonundakı Gürbulak Sərhəd Qapısı vasitəsilə İrana çatdırılacaq.
Əyalətin Səhiyyə İdarəsinin rəhbəri Məhəmməd Tosun deyib:
"Bu yardımı təmin etməkdən çox şadıq. Materiallar arasında dərmanlar və tibbi ləvazimatlar var. Əvvəllər üç yük maşını göndərmişdik. Bugünkü yük maşınları ilə ümumilikdə 9 TIR yardım materialı iranlı həmkarlarımıza vətəndaşlarına xidmət etmək üçün çatdırılacaq "
Şəbnəm Mehdizadə