İranın vitse-prezidenti Səudiyyə Ərəbistanını hədələdi


  • 16:21

"İranın neft infrastrukturuna istənilən hücuma cavab zərbələri olacaq".

E-huquq.az xəbər verir ki, bunu İranın vitse-prezidenti İsmayıl Səqab İsfahani bildirib.

İsfahani ABŞ-nin ölkəsinin neft obyektlərinə hücumla bağlı yenidən təhdidlərinə münasibət bildirib.

ABŞ prezidenti Donald Trampın təhdidlərindən qorxmadıqlarını ifadə edən İsfahani bildirib:

"Məqsədlərimiz bəllidir. Bizim neft quyularımızdan hər hansı biri vurularsa, o zaman Səudiyyə Ərəbistanının neft obyektlərindən biri də hədəfə alınacaq. Ona görə də Trampın ritorikasından qorxmayın. Lazımi və uyğun cavab veriləcək".

Qeyd edək ki, ABŞ prezidenti Tramp İranın ABŞ-nin tələblərini yerinə yetirmədiyi təqdirdə onun mülki infrastrukturunu, o cümlədən enerji obyektlərini hədəf alacağı ilə hədələyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər