- 17:36
Norveç hökuməti 16 yaşından kiçik uşaqların sosial mediaya çıxışını qadağan etmək üçün hazırlıqlara başlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Jonas Gahr Stor sosial medianın uşaqlara mənfi təsirini azaltmağa yönəlmiş qanun layihəsinin bu il parlamentə təqdim ediləcəyini və qəbul olunarsa, gələn il qüvvəyə minəcəyini bildirib.
Qeyd edək ki, qanun layihəsi 16 yaşından kiçik uşaqların sosial media hesabları açmasını qadağan etməyi planlaşdırır.
Şəbnəm Mehdizadə