İranın daha bir hava limanı fəaliyyətini bərpa edir


  • 16:31

Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanı aprelin 25-də fəaliyyətini bərpa edəcək.

E-huquq.az "Tasim"ə istinadən xəbər verir ki, sabah hava limanından ilk reyslər İstanbul və Maskat şəhərlərinə həyata keçiriləcək.

İran Mülki Aviasiya Təşkilatından lazımi icazələr alındıqdan sonra uçuş cədvəli yenilənəcək.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin hücumlarından sonra başlayan müharibədən sonra İran hava limanları bağlanıb. ABŞ və İsrail 40 günlük müharibə zamanı İran hava limanlarını hədəf alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər