Bu il Türkiyədə 12 928 zəlzələ baş verib


  • 17:07

İlin birinci rübündə Türkiyədə 12 928 zəlzələ baş verib.

E-huquq.az "TRT Haber"ə istinaədn xəbər verir ki, car ildə gün ərzində orta hesabla 117 təkan qeydə alınıb.

Qazi Universitetinin Mühəndislik Fakültəsinin müəllimi, fövqəladə halların idarə edilməsi üzrə mütəxəssis, dosent Dr. Bülent Özmen ilin birinci rübündə baş verən zəlzələlərlə bağlı qiymətləndirmələr aparıb.

Türkiyənin zəlzələyə meylli ölkə olduğunu vurğulayan Özmen, ilin ilk üç ayında seysmik aktivliyin olduqca yüksək səviyyədə qaldığını deyib.

Bu müddət ərzində çoxlu sayda kiçik və orta zəlzələnin qeydə alındığını bildirən Özmen bildirib ki, ölkədə hər iki gündə bir, bir bal gücündə, hər 27 gündə 5 bal gücündə zəlzələ baş verib.

Bu ilin ilk rübündə zəlzələ aktivliyinin orta göstəricidən bir qədər yüksək olduğunu qeyd edən mütəxəssis zəlzələnin 30%-nin Sındırgıda, 8,1%-nin isə Simavda olduğunu bildirdi.

Özmen Türkiyədə ən böyük zəlzələnin martın 13-də Tokatın Niksar rayonunda qeydə alınan 5,5 bal gücündə zəlzələ olduğunu bildirib.

O, həmçinin Vanın Tuşba, Dənizlinin Buldan və Balıkəsirdə Sındırgı rayonlarında 5 baldan böyük zəlzələlərin baş verdiyini burğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər