Pezeşkian İran vətəndaşlarını elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırdı


  • 15:24

İran Prezidenti Məsud Pezeşkian vətəndaşları elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb.

E-huquq.az xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlamasında deyib.

Pezeşkian bildirib ki, ölkənin düşmənləri İranın infrastrukturunu vurmaqda xalqı narazı salmağı məqsəd güdür.

“Xalq icazə verməməlidir ki, narazılıq yaransın”, - İran Prezidenti qeyd edib.

O əlavə edib ki, “hələlik xalqın fədakarlığına ehtiyac yoxdur, amma istehlaka nəzarət edilməlidir”.

Oxşar xəbərlər