- 15:24
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş əməkdaşı məxfi məlumatların sızdırılması ittihamı ilə saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Xidmətin məlumat yayıb.
Qeyd olunur ki, saxlanılan şəxs əvvəllər hazırda Gürcüstan Daxili İşlər Nazirliyində çalışır. O, məxfi məlumatları qanunsuz şəkildə yaymaqda ittiham olunur.
Əməliyyat Dövlət Təhlükəsizlik Xidmətinin Baş Müfəttişliyi ilə Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.
Faktla bağlı istintaq Gürcüstanın Cinayət Məcəlləsinin 321-ci maddəsi üzrə aparılır.