- 11:03
ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxsə qarşı hansı ittihamın irəli sürüləcəyi məlum olub.
E-huquq.az xəbər verir ki, bu barədə Vaşinqton ştatının prokuroru Janin Pirro məlumat verib.
Qeyd edilib ki, şübhəli şəxs odlu silahdan istifadə etməklə ABŞ Məxfi Xidmətinin əməkdaşına hücumda ittiham olunacaq.
Donald Tramp şübhəli şəxsin Məxfi Xidmətin zabitlərindən birinə yaxın məsafədən atəş açdığını bildirib. Qeyd edib ki, zabit xəsarət alsa da, zirehli geyim onu xilas edib, hazırda durumu yaxşıdır.
***
09:30
ABŞ Prezidenti Donald Trampın qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açdıqdan sonra saxlanılan şəxs 27 aprel bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Vaşinqtonun federal prokuroru Janin Pirro sosial mediada məlumat verib.
Onun sözlərinə görə, təqsirləndirilən şəxs maksimum zərər vurmaq niyyətində olub. O, həmçinin hüquq-mühafizə orqanlarına təcili tədbirlər gördüyünə görə təşəkkür edib və onun fikrincə, hadisənin böyüməsinin qarşısını alıb.
Qeyd edək ki ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik sahəsində insidentdən sonra Vaşinqtondakı hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib.
Yayımlanan görüntülərə görə, zalda yüksək səslər, sonra atəş səsi eşidilib, bundan sonra çaxnaşma baş verib. ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezidenti, birinci xanım Melaniya Trampı, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.