Ermənistan XİN başçısı Fransaya səfər edəcək


  • 19:41

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan aprelin 27-28-də Fransaya səfər edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Səfər çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüş nəzərdə tutulub.

Parisdə Ermənistanın səfirliyinin yeni binasının rəsmi açılış mərasimi keçiriləcək. Həmçinin Ermənistanın Avropa ölkələrində akkreditə olunmuş səfirlərin iştirakı ilə müşavirə planlaşdırılıb.

Oxşar xəbərlər