Məzmuna keç

Türkiyədə bir nəfər Krım-Konqo qızdırması virusundan ölüb

Türkiyədə gənənin dişlədiyi şəxs ölüb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tokat vilayətində Süleyman Gülsün adlı şəxsi təxminən 10 gün əvvəl gənə dişləyib.

O, xəstəxanaya yerləşdirilib və Krım-Konqo qızdırması virusuna yoluxduğu müəyyən olunub.

Tibbi müdaxiləyə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə