Gürcüstanda 55 qanunsuz miqrant saxlanıldı - Aralarında azərbaycanlılar da var


  • 11:03

Gürcüstanda 55 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar arasında Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Kot-d'İvuar, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları var.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyri-qanuni miqrantların yaşadığı evlərdə və iş yerlərində axtarışlar aparıb.

Onlar müvəqqəti miqrant saxlama mərkəzinə aparılıb, deportasiya tədbirləri davam etdirilir.

Humay Eminqızı

Oxşar xəbərlər