Qəzzada ölənlərin sayı 72 593 nəfərə çatdı


  • 13:18

İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 72 593 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu atəşkəsə baxmayaraq Qəzzaya hücumlarını davam etdirir.

Qəzza Səhiyyə Nazirliyindən verilən məlumata görə, son 24 saatda Qəzzada 7 nəfər ölü, 18 yaralı xəstəxanalara çatdırılıb.

Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr 2025-ci ildən bəri İsrailin hücumları nəticəsində 817 nəfər ölüb, 2 296 nəfər yaralanıb, dağıntılar altından 762 cəsəd çıxarılıb.

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 72 593 nəfərə çatıb, 172 399 nəfər yaralanıb.

Humay Eminqızı

Oxşar xəbərlər