Paşinyan Gürcüstanla sərhədin demarkasiyasının başa çatdırılması ilə bağlı razılaşmaların olduğunu bildirib


  • 13:25

Ermənistan və Gürcüstan arasında sərhəddin demarkasiyası prosesinin başa çatdırılması ilə bağlı razılaşmalar mövcuddur.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin sərhəd xidmətinin yaradılması gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

"Gündəliyimizə Gürcüstanla sərhədin demarkasiyası prosesinin yekunlaşdırılması daxildir. Artıq gürcü tərəfdaşlarımızla bu məsələdə razılaşmalarımız var", - Paşinyan bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər