Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb


  • 15:19

Banqladeşin 7 rayonunda ildırım vurması nəticəsində 14 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə "Dhaka Tribune" məlumat yayıb.

Məlumata görə, ölənlərin əksəriyyəti fırtına zamanı tarlalarda işləyən fermerlər olub.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Banqladeşdə hər il yüzlərlə insan ildırım vurması nəticəsində ölür.

Humay Eminqızı

Oxşar xəbərlər