Rezai: "ABŞ-nin İranın şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur"


  • 15:24

"Əgər ABŞ ağıllı hərəkət etmək istəyirsə, danışıqlarda İranın şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur".

E-huquq.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai söyləyib.

Rezai bildirib ki, region ölkələri və neft alıcıları tranzit yollarının bağlanması səbəbindən ABŞ-yə təzyiq edir və bu ölkələr Vaşinqtondan Hörmüz boğazının yenidən açılması üçün lazımi şərait yaratmağı tələb edirlər.

İran parlamentarilərinin Hörmüz boğazından keçid haqqının tətbiqi ilə bağlı lazımi hüquqi tənzimləmələr üzərində çalışdıqlarını bildirən Rezai, boğazla bağlı protokolun müharibədən əvvəlki formasına qayıtmayacağını bildirib.

Rezai ölkəsinin ABŞ ilə danışıqlarda irəli sürdüyü 10 şərtdən heç vaxt geri çəkilməyəcəyini vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər