- 17:13
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketini qəbul etməklə beynəlxalq hüququ kobud şəkildə pozub.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi bəyan edib.
Bəyanatda qeyd edilib ki, bu, Moskvaya təzyiq cəhdidir.
“Aİ birtərəfli məhdudlaşdırıcı tədbirləri artıraraq ölkəmizə təzyiq göstərməkdə davam edir. Ən sonuncu, 20-ci sanksiyalar paketi aprelin 23-də Aİ Şurası tərəfindən təsdiqlənib. Brüsselin BMT Təhlükəsizlik Şurasından yan keçərək bu cür hərəkətləri beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - XİN-dən bildirilib.
Humay Eminqızı