İndoneziyada qatar qəzasında ölənlərin sayı 14-ə çatıb


  • 11:53

İndoneziyanın Qərbi Yava əyalətində qatar qəzası nəticəsində ölənlərin sayı 14-ə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya prezidenti Prabowo Subianto Bekasi şəhərindəki xəstəxanalarda yaralılara baş çəkib.

Subianto hadisə ilə bağlı dərhal istintaqa başlanılacağını açıqlayıb.

Rəsmilər qəza nəticəsində ölənlərin sayının 14-ə yüksəldiyini, 84 nəfərin yaralandığını bildirib.

Qeyd edək ki. dünən Qərbi Yava əyalətinin Bekasi şəhərində 2 qatar qatar toqquşub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər