- 12:31
"ABŞ-nin İrandakı müharibəni tezliklə bitirməsi inandırıcı deyil".
E-huquq.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts söyləyib.
Merts deyib ki, İran düşünüldüyündən çox güclüdür və amerikalıların danışıqlarda inandırıcı bir strategiyası yoxdur.
Kanslerin sözlərinə görə, belə münaqişələrdə əsas problem yalnız müdaxilə etmək deyil, həm də düzgün şəkildə çıxmaqdır. O qeyd edib ki, bu vəziyyət əvvəllər Əfqanıstan və İraqda da müşahidə olunub.
Fridrix Merts əlavə edib ki, ABŞ bu münaqişəyə plansız daxil olub və bu, vəziyyəti daha da çətinləşdirir.
O, həmçinin bildirib ki, Amerika xalqı İran rəhbərliyi tərəfindən alçaldılır.
Şəbnəm Mehdizadə