Talai-Nik Reza: İran döyüş təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır


  • 12:21

İran digər dövlətlərlə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrlə hərbi sahədə əməkdaşlığa hazırdır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin strateji planlaşdırma üzrə müavini briqada generalı Talai-Nik Reza məlumat yayıb.

“Bu gün İran İslam Respublikası hərbi imkanlarını müstəqil ölkələrlə, xüsusən də ŞƏT üzvləri ilə bölüşməyə hazırdır. İran ABŞ ilə qarşıdurma təcrübəsini digər dövlətlərlə bölüşməyə hazırdır”, - Reza bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər