Aİ Rusiya taxılına görə İsraili sanksiyalarla hədələyib


  • 12:31

Avropa İttifaqı (Aİ) “Hayfa” limanında Rusiya taxılının boşaldılması ilə bağlı israilli fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

E-huquq.az xəbər verir ki, “Haaretz” qəzeti bu barədə Aİ-nin xarici işlər üzrə nümayəndəsi Anuar Əl Anuninin bəyanatına istinadən xəbər verir.

"Biz Rusiyaya müharibəni maliyyələşdirməyə və sanksiyalardan yayınmağa kömək edən hərəkətləri pisləyirik", - Anuni deyib.

O bildirib ki, Aİ bu cür halların qarşısını almağa hazırdır və aidiyyəti şəxsləri sanksiya siyahılarına daxil edə bilər.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Xarici İşlər Nazirliyi ölkənin yeni regionlardan Rusiya taxılını alması ilə bağlı İsrail səfirini çağırmışdı.

Bunun fonunda Kiyev və Təl-Əviv arasında diplomatik qalmaqal yaranıb. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İsraili şəriklikdə ittiham edib, buna cavab olaraq onun israilli həmkarı Gideon Saar bildirib ki, ittihamlar sübut deyil.

Humay Eminqızı

Oxşar xəbərlər