- 14:33
Rusiyanın paytaxtı Moskvanın şimalında çoxmərtəbəli binanın tikintisində baş verən yanğında ölənlərin sayı 7, yaralıların sayı 13 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***
Rusiyanın paytaxtı Moskvada çoxmərtəbəli bina yanıb.
E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Binanın içərisində 200-dən çox insanın ola biləcəyi ehtimal olunur.
Köməksiz qalanların təxliyəsi davam etdirilir.
Son məlumatlara görə, 21 nəfər xilas edilib.
Yanğın nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisənin baş vermə şəraiti və səbəblərinin araşdırılır.
Humay Eminqızı