İran MN: ABŞ artıq başqa ölkələrə siyasəti diktə edə bilməz


  • 14:33

ABŞ artıq öz tələblərini başqa dövlətlərə diktə etmək iqtidarında deyil.

E-huquq.az xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Talayinik bildirib.

Onun sözlərinə görə, ABŞ-nin öz siyasətini diktə etmək iqtidarında olmadığını İran xalqı və silahlı qüvvələrinin müqaviməti bütün dünyaya aydın edib.

Təlainik vurğulayıb ki, ABŞ mütləq başa düşəcək ki, qanunsuz və əsassız tələblərindən əl çəkməlidir.

Sözçü, həmçinin ABŞ və İsraili “dövlət terrorizminin simvolu” adlandırıb.

Humay Eminqızı

Oxşar xəbərlər