- 16:52
Türkiyənin Manisa şəhərində Spil dağı Milli Parkında Manisa laləsi çiçək açıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, yazın müjdəçisi kimi tanınan bu gülü qıran şəxslər 699 min 245 lirə məbləğində cərimələnəcək.
Adətən hər il aprelin 28-dən mayın 3-dək çiçək açan və təxminən 10 gün canlı qalan bu lalələr ziyarətçilərin böyük marağına səbəb olur.
Manisa lalələrini görmək istəyən təbiətsevərlər bu il də parka axın edib.
Rəsmilər lalələrin təbiətdən yığılmasının biomüxtəlifliyə zərər verdiyini bildirərək vətəndaşlara yüksək inzibati cərimələrlə bağlı xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə