- 17:09
Yunanıstanda 89 yaşlı kişi Yunanıstan Sosial Sığorta Fondu və Afina Apellyasiya Məhkəməsinə silahlı hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə “ERT-news” telekanalı məlumat yayıb.
Məlumata görə, kişi əvvəlcə Yunanıstanın paytaxtı Afinanın Petralona məhəlləsindəki Yunanıstan Sosial Sığorta Fondunun binasına daxil olub. Orada tavana atəş açdıqdan sonra əməkdaşlardan birini ayağından yaralayıb. Daha sonra o, Afina Apellyasiya Məhkəməsinə gedərək 4 məhkəmə katibinə atəş açaraq yaralayıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyəti yaxşıdır.
Hadisəni törədən şəxs ov tüfəngini məhkəmədə qoyaraq qaçıb.
Hadisənin başvermə səbəbləri hələki məlum deyil.
Telekanalın məlumatına görə, şübhəli şəxs əvvəllər psixiatriya klinikasında müalicə alıb.
Humay Eminqızı