Türkiyədə keçmiş bələdiyyə sədri həbs edilib


  • 15:42

Türkiyənin Şanlıurfa vilayətində keçmiş bələdiyyə sədri həbs edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Şanlıurfanın Halfeti bələdiyyəsində əvvəlki rəhbərlik dövrünə aid korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 46 şübhəlidən 29-u həbs edilib.

Həbs edilənlər arasında keçmiş Halfeti Bələdiyyə sədri Şeref Albayrak da var.

Digər 17 şübhəlidən 3-ü sərbəst buraxılıb, 14-ü isə şərti azadlığa buraxılıb.

Bir şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər