Keşişlərin çamadanında 110 kilo narkotik aşkar edilib


  • 16:13

Şri-Lankada 22 Buddist keşişin çamadanlarında ümumilikdə 110 kiloqram narkotik vasitə aşkar edilib.

E-huquq.az xarici LKİV-ə istinadən xəbər verir ki, şənbə günü paytaxt Kolomboya gələn rahiblərin çamadanlarının gizli bölmələrdə çox təsirli narkotik vasitə olub. Onların Tailanddan dörd günlük səfərdən qayıtdığı məlum olub. Davam edən istintaq çərçivəsində bu səfəri təşkil etdiyi güman edilən 23-cü keşiş də Kolombo ətrafında polis tərəfindən saxlanılıb.

Səfərdə iştirak etməyən bu keşişin digərlərinə bu paketlərin ianə olduğunu və onları götürmək üçün bir avtomobilin hava limanına gələcəyini söyləyib.

Müxtəlif məbədlərdən olan keşişlərin mobil telefonlarında bayram zamanı dini geyim əvəzinə mülki geyimdə əyləndiklərini əks etdirən foto və videolar aşkarlanıb.

Bazar günü hakim qarşısına çıxan 22 keşiş əlavə sorğu-suallara qədər yeddi gün həbsdə qalacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər