- 16:40
Xəbər verdiyimiz kimi, Türkiyənin Mardin şəhərində aparılan yol təmiri işləri zamanı tarixi daş bloklar aşkarlanıb.
E-huquq.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, ilkin araşdırmalara görə, daş bloklar eramızın 8-14-cü əsrlərinə aiddir. Mütəxəssislər daşların IV-V əsrlərdə inşa edilmiş Süryani Mor Aday kilsəsinə aid ola biləcəyini ehtimal edirlər.
Ekspert Adem Coşkun bildirib ki, daşlardakı yazılarda kilsənin 722-ci ildə dağıldığı və daha sonra keşişlərin onu yenidən bərpa etdiyi qeyd olunur.
Şəbnəm Mehdizadə