Avstraliyada risk altında olan quşlar peyvənd ediləcək


  • 12:55

Avstraliya hökuməti təbii yaşayış mühitindən kənarda saxlanılan və risk altında olan yerli quş növlərini quş qripinin H5N1 ştamına qarşı peyvəndləməyə başlayacaq.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar ölkədə H5N1 virusuna yoluxma hallarının sayının 230-u keçdiyi bir vaxtda qəbul edilib.

Hökumətin açıqlamasına görə, vaksinasiya proqramına təbii yaşayış mühitindən kənarda saxlanılan və "prioritet" hesab edilən yerli quş növləri daxil ediləcək. Növlər xəstəliyə həssaslığı və vaksinasiyanın onların qorunmasına göstərə biləcəyi potensial təsir nəzərə alınmaqla seçiləcək.

Yaxın günlərdə vaksinasiya proqramına start veriləcək.

Ətraf mühit naziri Murray Watt bildirib ki, əsas diqqət insanların nəzarəti altında saxlanılan quşlara yönəldilib. Onun sözlərinə görə, vəhşi quşların genişmiqyaslı vaksinasiyası, xüsusilə vaksinin iki doza tələb etməsi səbəbindən, praktiki və ya həyata keçirilə bilən tədbir deyil.

Humay Eminqızı

Oxşar xəbərlər