- 14:21
Avropa İttifaqı Rusiya idmançılarına və idman təşkilatlarının nümayəndələrinə qarşı viza qadağaları və yeni məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
"Avropa İttifaqı artıq Rusiya idman rəsmilərini, o cümlədən Rusiyanın idman naziri və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyarevi 21-ci sanksiyalar paketinə daxil edib. Hazırda daha geniş sayda rusiyalı idmançı və idman strukturlarının nümayəndələrinə qarşı viza qadağalarının və yeni hədəfli məhdudiyyətlərin tətbiqi imkanları araşdırılır”, - məlumatda deyilir".
Humay Eminqızı