- 14:18
Hindistanın Himaçal-Pradeş əyalətində musson yağışları azı 157 nəfərin ölümünə səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 68 nəfər torpaq sürüşmələri və qəfil daşqınlar nəticəsində, 89 nəfər isə leysan yağışların səbəb olduğu yol-nəqliyyat hadisələri nəticəsində həlak olub.
Təxminən 257 nəfər itkin düşüb.
Fasiləsiz yağışlar təxminən 900 infrastruktur obyektinə ziyan vurub.
Ümumi ziyanın həcmi təxminən 8,86 milyard rupi (92 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir.
Əyalətdə 260 yol bağlanıb.
Humay Eminqızı