- 16:39
Livanın Deputatlar Palatası ölüm cəzasının ləğvi haqqında qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.
E-huquq.az xəbər verir ki, bu barədə Livanın "NNA" agentliyi məlumat yayıb.
Qanun layihəsi qanun qüvvəyə minməzdən əvvəl törədilmiş cinayətlərə görə ən ağır cəzanın tətbiqi məsələsini də tənzimləyir.
Ölüm hökmü Livanın qanunvericiliyində uzun illər formal olaraq saxlanılsa da, onun icrası faktiki olaraq dayandırılmışdı. Ölkədə sonuncu ölüm hökmü 2004-cü ildə icra edilib.
Humay Eminqızı