ÜST: Qəzzada minlərlə xəstə tibbi təxliyə gözləyir


  • 16:17

İsrailin blokadası altında qalan Qəzzada minlərlə xəstə tibbi təxliyəni gözləyir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç məlumat verib.

ÜST rəsmisi atəşkəsə baxmayaraq, Qəzzada tibbi təxliyələrlə bağlı problemlərin davam etdiyini və oradakı bir çox xəstənin müalicə almaq üçün kömək istədiyini deyib.

2023-cü ilin oktyabr ayından bəri Qəzzadan 12 913 xəstənin (onlardan 6 186-sı uşaq olub) tibbi yolla təxliyə edildiyini qeyd edən Jasareviç, həmçinin 16 000 müşayiətçinin də təxliyə olunduğunu söyləyib.

Tibbi təxliyələrin həftədə üç-dörd dəfə həyata keçirildiyini vurğulayan Jasareviç bildirib: "2-8 avqust tarixləri arasında 101 xəstə və 164 müşayiətçi təxliyə edilib. Minlərlə xəstə hələ də tibbi təxliyəni gözləyir".

Humay Eminqızı

Oxşar xəbərlər