- 16:39
Fransada 43 departamentdə isti hava ilə bağlı "narıncı" həyəcan siqnalı verilib.
E-huquq.az xəbər verir ki, bu barədə Fransanın meteorologiya agentliyi "Météo-France" məlumat yayıb.
Məlumata görə, "narıncı" səviyyəli həyəcan siqnalı tətbiq edilən departamentlərin sayı dünəndən bu günə kimi 21-dən 43-ə yüksəlib.
Fransanın qərb və cənub-qərb bölgələrində termometrlər 36-38 dərəcə arasında dəyişəcək.
Qeyd edək ki, rekord səviyyədə yüksək temperaturlarla üzləşən Fransa bu il tarixindəki ən isti iyul ayını yaşayıb. İyunun sonu və iyulun əvvəlində müşahidə edilən istilik dalğası zamanı 5767 əlavə ölüm halı qeydə alınıb ki, bu da əvvəlki illərlə müqayisədə 36 faizlik artım deməkdir.
İsti hava və quraqlığın meşə yanğınları riskini artırması səbəbindən bu il ölkə üzrə 117 min hektar ərazi külə dönüb.
Humay Eminqızı